main-post-cover

    iPhone 7-ni bir günlük Ölü dənizdə qalsa nə olar? (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone 7 və iPhone 7 Plus modelləri "Apple” şirkətinin IP67 standartlı sudan və tozdan qorunan ilk smartfonları olmuşlar.

    Baxmayaraq ki, bu il təqdim olunacaq yeni iPhone modellərinin daha təkmilləşdirilmiş sudan qorunma xüsusiyyətinə sahib olacaqları barədə müzakirələr aparılır, bir çoxları artıq təqdim olunmuş modellərin bu barədə nəyə qadir olduqlarını yoxlayırlar. iPhone modelləri ilə müxtəlif təcrübələrdən keçmiş məşhur TechRax adlı videoblogger qrupu bu dəfə iPhone 7-nin Ölü dənizdə 1 sutka suda dözüb-dözməyəcəyini yoxlamaq qərarına gəlib. Qeyd etmək lazımdır ki, Ölü dənizdə duzluluq səviyyəsi adi okeandan 10 dəfə çoxdur. iPhone 7-ni çox da dərin olmayan səviyyəyə endirib 1 sutka gözləyiblər. 1 sutkadan sonra videoblogger, iPhone 7-ni işə salmaq istəyəndə, smartfon heç bir reaksiya verməyib. Lakin cihazı tamamilə qurudandan sonra və onu şarja qoşandan sonra məlum olub ki, o tamamilə işlək vəziyyətdədir. Onun daha əvvəl çalışmamasının səbəbi isə sadəcə olaraq şarjının bitməsi olub. Qeyd etmək lazımdır ki, IP67 standartı, 1 metr dərinlikdə 30 dəqiqə müddətinə, smartfonun su keçirtmədiyinə zəmanət verir. Praktiki cəhətdən isə iPhone 7 daha çox dözümlülük sərgiləyib.
     
    Linki kopyala