iPhone 7-ni Şarj edərkən, Qulaqlıq ilə musiqi dinləmək istəyənlərə "Apple"dan məsləhət

921

iPhone 7 və iPhone 7 Plus, 3.5 mm qulaqlıq girişi ilə gəlmir və bunu artıq hamımız bilirik. Bir qulaqlıq girişi olmadan gələn yeni nəsil iPhone modellərinin, əlbəttə ki ağıllara gətirdiyi bəzi sual işarələri var. Məsələn qulaqlıq ilə musiqi dinləyərkən iPhone 7-nizi necə şarj edə bilərsiniz?

Bir çox istifadəçi üçün bu vacib bir məsələdir və onlara görə "Apple"ın belə bir dəyişiklikliyə getmiş olması səhv bir addımdır. Bəzilərinə görə isə bu tamamilə yerində bir addımdır. "Technote.az" komandası olaraq bu xəbərimizdə, "Apple"ın bu qərarını sorğulamırıq. Sadəcə bu problem üçün həll üsulunu sizə təqdim edirik. 

"Apple" idarə heyətindən Fil Şiller-in də daxil olduğu bir e-poçt mesajlaşmasında, iPhone 7/7 Plus üçün, qulaqlıq ilə musiqi dinləyərkən şarj problemini necə həll edə biləcəyiniz barədə bəzi həll üsulları ortaya atılıb.


Fil Şiller ilk olaraq AirPods-u təklif edir. Bundan əlavə o, yeni təqdim edilən və satışa buraxılan Apple Lightning Docku da təklif edir. 49 dollardan satışa qoyulan bu Dock vasitəsilə iPhone-unuzu həm şarj edə bilər həm də qulaqlıq ilə musiqi dinləyə bilərsiniz.

Bunun əslində məntiqli bir həll üsulu olmadığını bildirməliyik. Yenə də hələki ən yaxşı həll üsulu bu ola bilər. Apple Lightning Docku buradan satın ala bilər.