iPhone 7-nin Təqdimatına Saatlar Qaldı!

1706

Bugün, Bakı saatı ilə 21:00-da keçiriləcək olan "Apple”ın təqdimat mərasimində nümayiş etdiriləcək olan iPhone 7 ilə bizləri, sadəcə bir neçə saat ayırır. San Fransisko şəhərində keçiriləcək olan təqdimat mərasimi "Technote.az" komandası tərəfindən saniyə-saniyə sizlərə çatdırılacaqdır.

Canlı Yayım ilə internetdə də izləyə biləcəyiniz təqdimat mərasimində iPhone 7 ilə yanaşı "Apple"ın digər gözlənilən məhsulları və iki arxa kamerası ilə diqqətləri cəlb edən iPhone 7 Plus modeli də təqdim ediləcəkdir. Bu barədə əvvəlki xəbərlərimizdə kifayət qədər məlumat var.
iPhone 7 və iPhone 7 Plus modellərinin təqdim olunacağı mərasim üçün səbirsizləndiyinizi bilirik və gözlədiyinizə dəyəcəyini güman edirik. Çünki, hələ təqdim edilməmişdən, haqqında kifayət qədər məlumat topladığımız iPhone 7 və iPhone 7 Plus modellərinin, təqdimat mərasimində bizlərə hələ bilmədiyimiz sürprizlərinində olacağı şübhəsizdir. Bu günü "iPhone 7 günü” elan edirik və iPhone 7 barədə bu zamana qədər aldığımız bütün məlumatları gün aşırı sizlər ilə paylaşacağıq. Təbii ki, təqdimat mərasimi ərzində və sonrasında daha dəqiq məlumatlar üçün "Technote.az”ı izləməyinizi məsləhət görürük.