main-post-cover

    iPhone 7-nin timsahın dişlərinə qurban verərək dözümlülüyünü yoxladı (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məşhur videoblogger iPhone 7-ni inanılmaz təcrübədən keçirtdi.

    iPhone 7 modelinin satışa çıxmasından artıq bir xeyli vaxt keçib. Lakin buna baxmayaraq məşhur videoblogger TechRax hələdə bu cihazı, müxtəlif təcrübələr ilə sınayır. Bu dəfə o, iPhone 7-ni timsah üzərində sınaqdan keçirtməyə qərar verib. Belə ki, o, iPhone 7-nin dözümlülüyünü yoxlamaq üçün cihazı timsahın dişlərinə qurban verib. Videoblogger, iPhone 7-ni şəffaf təbəqə ilə örtərək onu timsahın ağzına yerləşdirib. Timsahın, cihazı birinci dəfə dişləməsindən sonra iPhone 7-nin ekranı çatlasa da işlək vəziyyətdə qalıb. Daha sonra videoblogger, timsahı qıcıqlandırıb və o cihazı dişləri ilə daha da bərk sıxıb. Nəticədə smarton sönüb və yararsız hala düşüb.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər