iPhone 7 Plus haqqında yeni məlumat: RAM həcmi açıqlandı!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Apple” tanıtımından sonra iPhone 7 və iPhone 7 Plus haqda məlumatlar gəlməyə davam edir. Belə ki, Geekbench testində iPhone 7 modelinin daha bir xüsusiyyəti haqda açıqlama verilib
"Apple” tanıtım mərasimində iPhone 7 və iPhone 7 Plus modellərinin tanıtımında bir çox xüsusiyyətləri sirr olaraq
saxlamışdı. Amma artıq günlər keçdikcə bu xüsusiyyətlərə aydınlıq gəlməkdə
davam edir. Təqdimatda sadəcə şarj saxlama müddəti haqda məlumat verən şirkət rəsmiləri
cihazların RAM-ı haqda məlumat verməmişdilər.
iPhone 7 Plus RAM-ı haqda məlumat verilib
iPhone 7 Plus modelində istifadə olunan RAM
həcmi 9to5mac saytının yayımladığı Geekbench testində məlum oldu. iPhone 6S seriyasında 2 GB RAM-a keçid edən "Apple”,
bu dəfəki yeni iPhone 7 Plus modelində 3 GB RAM istifadə edib. Bu gözlənən
yenilik idi. Çünki bu modeldə cüt arxa kameranın olması bu yeniliyi tələb
edirdi. 4 nüvəli Apple A10 Fusion
prosessorundan güc alan iPhone 7 Plus, tək nüvədə 3.233, cüt nüvədə
5.363 bal almağı bacarıb. iPhone 7 Plus modeli yeni prosessorunun sayəsində A9X
prosessoruna sahib iPad Pro-nu arxada qoymağı bacardı. iPhone 7 Plus yaddaş
seçimi 32/128/256 GB şəklindədir. Beləliklə, "Apple” yeni modelləri ilə
16GB-lıq modellərə son qoydu. Son olaraq, İPhone 7 modelində yer alan RAM miqdarının da qısa zamanda
açıqlanması gözlənilir. Daha əvvəllər ortaya çıxan məlumatda iPhone 7 modelində
2 GB RAM olduğu deyilmişdi.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!