main-post-cover

    iPhone 7 Plus ilə tarakanların olduğu qaba əridilmiş alüminium tökərək test keçirtdi (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    TechRax adlı məşhur videobloggerin, ıPhone smartfonlarını məhvetmə üsullarının deyəsən sərhədi yoxdur.

    Növbəti video buna sübutdur. Bu dəfə videoblogger, iPhone 7 Plus-ın üzərinə əridilmiş metal tökməyi qərara alıb. Lakin bu dəfə smartfonun yanında həmçinin bir neçə böyük madaqaskar tarakanı da olub. Niyə məhz tarakanlar? Belə ki, məlumatlara görə tarakanlar 1 həftə ərzində başları olmadan və nüvə partlayışından sonrakı vəziyyətdə belə yaşaya bilirlər. Bəs onlar əridilmiş alüminiuma tab gətirə biləcəklərmi? Videobloggeri maraqlandıran məhz bu sual olub. Gözlənildiyi kimi bir neçə saniyə içərisində əridilmiş alüminiumun təsirindən iPhone 7 Plus yanıb. Lakin tarakanlarla nə baş verdiyini öyrənmək istəyirsinizsə videoya mütləq baxmalısınız.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər