main-post-cover

    iPhone 7 Plus-ın ilk Çin kopyası GooPhone i7 Plus satışa çıxır (VIDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone 7 və iPhone 7 Plus modellərinin təqdimatından sonra yaranmış səs-küyün ardınca "GooPhone” Çin şirkəti cihazın kopyasının ön sifarişini açıq elan edib.

    Çin şirkətinin təqdim etdiyi cihaz GooPhone i7 Plus adlanır. O həm dizayn həmdə bəzi texniki göstəricilərinə görə iPhone 7 Plus modelinə maksimal dərəcədə oxşayır. Çin kopyası orijinal iPhone 7 Plus-a o dərəcə bənzəyir ki, hətta 3.5 mm girişi belə yoxdur. Cihazın texniki göstəriciləri ilə tanış olun.
    5.5 inç Full HD ekran
    8 nüvəli Helio X10 prosessoru
    2 GB RAM və 32 GB daxili yaddaş
    12 MP cüt arxa kamera və 5 MP ön kamera
    2900 mAh enerji tutumlu batareya
    Android 6.0 əməliyyat sistemi
    Çin iPhone-nun həmçinin kiçik versiyası da var. Kiçik versiya 4.7 inç ekran və 1960 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Onu 179$-a əldə etmək mümkündür. Plus modelini isə hal-hazırda 229$-a ön sifarioş etmək olar. Satışların başlandığı andan onun qiyməti 399$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər