iPhone 7 Plus parçalara ayrıldı

688

"Apple"ın cihaz təqdimatlarında bəzi detalları açıqlamamasına alışmışıq artıq. Məsələn batareya tutumu kimi detallar təqdimatdan sonra belə qeyri-müəyyənliyini qoruyur. Detalları öyrənmək üçünsə cihazın içinin açılmasını gözləmək lazımdır. Yeni çıxan cihazları parçalara ayırması ilə bilinən "iFixit"in masasına bu dəfə də yeni iPhone 7 Plus qonaq oldu və cihazın gövdəsinin altında nələr olduğu bütün detallarıyla ortaya çıxdı.

 

"Technote.az"ın "iFixit"ə istinadən bildirdiyinə görə iPhone 7 Plus-un gövdəsi aralandığında ilk diqqəti çəkən şey daha güclü yapışdırıcıların istifadə olunması oldu. "Apple"ın bu həmləni suya davamlılığı artırmaq adına etdiyi ifadə edilir. iPhone 7-nin qaldırılan qulaqlıq girişindən boşalan yerin necə doldurulacağı maraq mövzusu idi.

Görünüşə görə titrəşmə təmin edən Taptic Engine, qulaqlıq girişinin qaldırılmasıyla birlikdə artıq cihazda daha böyük yer tutur. Çöldən dinamikə bənzəyən qisimdə isə plastik bir parça var və bu da yenə suya dayanıqlılığı artırır. Cihazın içərisində 2.900 mAh enerji tutumlu batareya yer alır. iPhone 6s Plus-da 2.750 mAh batareya istifadə edildiyini düşünsək tutumda təxminən 5%-lik bir böyümə gözə dəyir. iPhone 7 Plus-un daxili dünyasına buradan göz ata bilərsiniz.

 


 
    Polad Tağıoğlu
   Redaktor