main-post-cover

    Bakıda rəsmi iPhone 7 satışlarının qiyməti və satışa çıxma tarixi məlum oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple Premium Reseller statuslu firma mağazalar şəbəkəsi Alma Store xəbər verir ki, iPhone seriyasının ən qabaqcıl modelləri olan iPhone 7iPhone 7 Plus smartfonları Azərbaycanda olan alıcılar üçün bu həftənin cümə günü, yəni 4 Noyabr tarixində rəsmi şəkildə təqdim olunacaq. Alma Store firma mağazalar şəbəkəsi "Apple”ın Azərbaycandakı yeganə tərəfdaşıdır ki, Apple Premium Reseller statusuna sahibdir. Bu status "Apple”ın dünya standartlarına cavab verən pərakəndə mağazalara "Apple” tərəfindən verilir. Alma Store-da təqdim olunan bütün "Apple” məhsulları Azərbaycana rəsmi şəkildə idxal olunurlar və illik zəmanət dəstəyinə sahibdirlər. Bundan əlavə olaraq Alma Store öz müştərilərinə cihazların sazlanması, onların təlimatlandırılması və dəstəklənməsi xidmətlərini "Apple” tərəfdaşlarının dünya standartları üzrə təqdim edir. Həmçinin qeyd etmək etmək istəyirik ki, Alma Store alıcılarına servis xidmətləri Zərifə Əliyeva küç. 24-də yerləşən və Azərbaycanda yeganə rəsmi Apple servisi olan servis mərkəzində təqdim olunur.
    Tədbirə qoşulmaq üçün buraya daxil olun.

    Linki kopyala