main-post-cover

    iPhone 7 seriyasının Jet White modeli haqqında görüntülər sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple, iPhone 7 ilə birlikdə ilk dəfə Jet Black rəngini istifadəçilərə təqdim etmişdi və bu model bir çox istifadəçilərin sevimlisi olmağı bacardı. Verilən məlumatlar yeni iPhone modelləri arasında Jet White rənginin də yer alacağını göstərir.

    Noyabr ayında Yapon internet saytında Mac Otakaranın yayınladığı bir hesabatda Apple-ın yaxın zamanlarda iPhone 7 üçün Jet White rəngini çıxaracağı bildirildi. Mac Otakaranın iddiasına bu gün dəstək gəldi.

    Jet White iPhone modelinin videosu sızdırıldı

    iPhone 7 seriyasının tanıtımına bir həftə qalmış iPhone 7 Plus videosu yayımlayan Sonny Dickson, bu səfər də Jet White ilə əlaqədar videosunu paylaşdı. Onun videosunda Jet White iPhone 7 və iPhone 7 Plus öz əksini tapıb.

     
    Oxşar iPhone 7 və iPhone 7 Plus korpusları Alibaba kimi elektron ticarət saytlarında da tapıla bilər. Buna görə də videodakı iPhone-lar gələcəkdəki iPhone modellərini təmsil etmək yerinə dizaynerlər tərəfindən də hazırlanmış ola bilər. Amma Sonny Dickson artıq iPhone telefonlarının siması halına gəldiyindən onun tərəfindən paylaşılan videonun doğru olma ehtimalı yüksəkdir.
    Amma Mac Otakara, Apple-ın ağ rəngli iPhone 7 modelinin nə vaxt satışa çıxarılacağı haqda hələ ki, heç bir məlumat verməyib. Satışa çıxarılacağı təqdirdə bu modelin nə qədər rəğbət görəcəyini isə zaman göstərəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər