main-post-cover

    iPhone 7 təqdim olunur! Canlı yayım. Necə baxmaq olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     "Apple"ın təqdimat mərasimi an etibarı ilə başladı. Mərasimi "Technote.az” olaraq sizə saniyə-saniyə çatdıracaq olsaq da, canlı olaraq izləmək istəyənlər ola bilər.  Hazırda, San Fransiskoda baş tutan təqdimat mərasimi internetdə canlı olaraq yayımlanmaqdadır.
    Əvvəlki modelə baxdıqda, çox da radikal dizayn dəyişikliyi edilməyən iPhone 7-nin digər modellərdən fərqli olaraq tamamilə su keçirməz ola biləcəyi güman edilir. Yeni nəsil iPhone, yeni qulaqcıq girişi ilə təmin olunmaqla yanaşı digər modellərinə nisbətən çox daha güclü kamerası ilə diqqətimizi çəkir.
    Bəs "Apple” Təqdimat mərasimini necə izləyə bilərsiniz:
    * "Apple”ın canlı təqdimat mərasiminə, iOS 7 və daha yüksək əməliyyat sistemli iPhone və iPad-lərdən və ya OSx10.8.5 və daha yüksək əməliyyat sistemli Mac-lardan baxmaq mümkündür. Eyni zamanda Windows 10 əməliyyat sistemli kompüterlərdən, Microsoft Edge vasitəsi ilə izləmək olar. Digər cihazlar ilə mərasimi izləmək şansınız yoxdur. Amma Technote.az-ı izləyərək ən son yeniliklərdən xəbərdar ola bilərsiniz.
    * "Apple” təqdimat mərasimi bu linkdəki səhifədən canlı olaraq yayımlanır. 
     
    Linki kopyala