main-post-cover

    iPhone 7 üçün 5 alternativ naqilsiz qulaqlıq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    iPhone 7 modellərinin tanıtımından sonra ən çox müzakirə olunan mövzulardan biri də yeni modellərin qulaqlıqları oldu. Belə ki, bəziləri yeni qulaqlıqların quruluşunu mənfi qarşılasa da "Apple" yenə standartlardan kənara çıxaraq Lightning girişinin daha uyğun olduğunu bildirdi. Belə ki, bir çox istifadəçiləri narahat edən əsas ünsürlərdən biri də qulaqlıqların keyfiyyət və qiyməti olmuşdu. Bu yazıda naqilsiz və iPhone modellərinə alternativ olacaq qulaqlıqları sizlərə təqdim edirik.

    1. Beats X, Solo & PowerBeats 3


    iPhone 7 təqdimatı ilə birlikdə tanıtılan Beats ailəsinin yeni naqilsiz qulaqlıqları musiqi dinləyənlər üçün uyğun seçim ola bilər. Xüsusilə "Beats"ın, "Apple"ın tərkibində yer alması ilə dizayn və rəng baxımından seçimlərdə iPhone və MacBook modelləri ilə paralellik göstərir. Belə ki, Beats ailəsi qulaqlıqlarının yeni modellərindən olan Beats X 150$, PowerBeats 3 isə 200$ təşkil edir. Bunlar arasında ən bahalı olanlar isə Solo 3 modelidir ki, dəyəri 300$ olaraq təyin olunub.

    2. Jabra - Move Wireless

     
    Məşhur qulaqlıq istehsalçılarından "Jabra"nın son modeli olan Jabra MoveWireless, qiymət və performans indeksindən yüksək qiymət alacaq modellər arasındadır. Move Wireless qulaqlığının qiyməti təqribən 100$ təşkil edir.

    3. PHILIPS - SHB3185BK Wireless

     
    Naqilsiz qulaqlıq axtaranlar üçün bir qədər ucuz alternativ sayılan bu model təqribən 72$ təşkil edir. Amma musiqi performansı baxımından digərləri ilə müqayisədə zəif modeldir.

    4. Plantronics - Backbeat Fit

     
    Qulaq içi qulaqlıq istəyənlər üçün ön plana çıxan Backbeat Fit modeli bir qədər Beats X-la oxşarlıq təşkil edir və qiyməti təqribi olaraq 133$-dır.

    5. JBL – Refmini

     
    Bazarda xüsusi yer alan JBL modeli qiymət etibarilə üst model seqmentləri geridə qoysa da, performans baxımından xüsusi ilə seçilir və qiyməti təqribi olaraq 100$ olaraq təyin olunub.
    Yeni model iPhone-lar yeni dəb ortaya qoysa da bunun davamlı olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər