drzeka zeka kartları

iPhone 7 və iPhone 7 Plus modelləri stoklarda tükəndi

08.05.2017 0 PAYLAŞIM 6055 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Jet Black və Black deyə adlandırılan parlaq və mat qara iPhone 7 və iPhone 7 Plus modellərinin stokları bitib

"Apple " nümayəndələrinin verdiyi məlumat iPhone 7 gözləyənləri bir qədər kədərləndirə bilər. "Apple "ın yeni nəsil modelləri iPhone 7 iPhone 7 Plus, dizayn baxımından iPhone 6 seriyasından o qədər də fərqlənmir. Bu modelləri bir-birindən fərqləndirən əsas ünsür rəng seçimidir.


iPhone 7-lərə tələbin artması

iPhone 7 və iPhone 7 Plus modellərinə yüksək tələb mövcuddur. Xüsusilə Galaxy Note 7 modellərində baş verən partlama faktları yeni modellərə olan tələbi artırır. Həm operatorlar, həm də Apple Store üzərindən verilən sifarişlər "Apple "ın yeni modellərinin stoklarının bitməsinə səbəb olub.

iPhone 7-lər stoklarda yoxdu

16 Sentyabr başlaması nəzərdə tutulan ilkin satışlarda, alıcılar ön sifariş verməyiblərsə, yeni modelləri almaq mümkün olmaya bilər. Ön sifarişlərdən stokları bitən "Apple " tədarük işlərinə davam edir. Gələn həftədən qara iPhone 7 modellərini yenidən stoklarda görmək mümkün olacaq.