main-post-cover

    iPhone 7-yə Çox Fərqli Üsul İlə Qulaqlıq Girişi Açan Adam (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone 7-də qulaqlıq girişinin aradan qalxması əyləncə mövzusu olmağa davam edir.

    "Apple"ın yeni iPhoneları iPhone 7 və iPhone 7 Plus, bəlkə də indiyə qədər bazara çıxmış iPhonelar içərisində ən radikal dəyişikliyə sahib olanlarıdır. Sözünü etdiyimiz bu radikal dəyişiklik isə sizin də təxmin edə biləcəyiniz kimi ləğv edilən qulaqlıq girişidir.
    "Apple" bu həmləsini böyük bir yenilik olaraq təqdim etdi ancaq bu yenilikdən məmnun qalmayan "Apple" istifadəçilərinin sayı olduqca çoxdur. Vəziyyət belə olduqda da, "Apple"ın bu həmləsi çox insan üçün əyləncə, lağ mövzusu halına gəlib. "TechRax" adlı kanalın sahibi olan YouTuber üçün də bu mövzu gündəmdədir. iPhone 7 alan YouTuber, "çox fərqli" bir üsulla yenidən telefona qulaqlıq girişi qazandırdı.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər