iPhone 7, yeni odlu testdən keçdi (VİDEO)

08.05.2017 0 PAYLAŞIM 5253 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Mobil telefonlar üzərində edilən müxtəlif təcrübələr həqiqətən də böyük marağa səbəb olur.

Bundan əlavə həmin təcrübələr bu və ya digər mobil cihazın mənfi və müsbət cəhətlərini təyin etmək də köməklik edir. TechRax adlı məşhur videoblogger öz yeni videosunda iPhone 7 modelini qaz odluğu vasitəsilə test edib. Videobloggerin verdiyi məlumata görə təcrübə üçün o, çox güclü qaz odluğundan istifadə edib. Bu cür qaz odluqları əsasən kiçik qaynaq, qızdırılma və digər metal emalı işlərində istifadə olunur. Həmin qaz odluğu vasitəsilə iPhone 7, 2000 dərəcəyə kimi qızdırılıb. İlk öncə videoblogger, içərisində Coca-Cola içkisi olan dairəvi şüşə qabını test edib. Daha sonra növbə iPhone 7-ə çatıb. Təbii ki, iPhone 7 sözügedən testi keçməyərək yararsız hala düşüb. iPhone 7-nin bu cür testi əsl internet fenomeninə çevrilərək bir neçə gün ərzində milyon baxış sayını keçib. Lakin bəziləri bu cür testləri qəbul etmirlər. "Əgər sonradan məhv olunacaqsa onda nəyə görə bu bahalı telefonlara vəsait xərclənir. Onun yerinə həmin vəsaiti, yardıma ehtiyacı olan uşaqlara vermək daha yaxşı olardı” – deyə istifadəçilərdən biri videoya öz şərhini bildirmişdi.