iPhone 8-in, RAM və yaddaş sahəsi haqqında yeni məlumatlar
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
iPhone 8 şaiyələrin çoxaldığı bu günlərdə yayımlanan yeni bir hesabat yeni iPhone-un ekran xüsusiyyətləri, RAM və yaddaş sahəsi həcmi ilə əlaqəli ətraflı məlumatlar əks etdirir.
Ötən həftə iPhone
8 xəbərlərinə istiqamət verən Ming-Chi Kuo-nun yayımladığı hesabatlardan sonra
bugün də TrendForce-dan yeni iPhone-un xüsusiyyətləri haqqında ətralı bir hesabat gəldi. Hesabat,
Kuo-nun bir çox iddiasını təsdiqləyərkən əyilmiş ekran iPhone gözləyənləri bir
xeyli kədərləndirəcək məlumatlar var.
iPhone 8, 3GB RAM və 64 GB yaddaş sahəsi ilə gəlir.
TrendForce-a
görə iPhone 8, 5.8 inç OLED bir ekrana sahib olacaq. Ancaq yeni iPhone, məhsuldarlıq
və kövrəklik səbəbindən əyilmiş bir ekranla gəlməyəcək. Şirkət çərçivəsiz və4.7 inç ölçüsündə iPhone 8 iddialarını təsdiqləyir.
TrendForce,
iPhone 8-də fiziki ana ekran düyməisini tamamilə qaldıraraq çərçivəsiz bir
iPhone dizayn etdiklərini bildirir. Şirkətin hesabatına görə iPhone 8, iPhone 7
Plus-da olduğu kimi 3G RAM-a sahib olarkən, yaddaş sahəsi olaraq da sadəcə 64
GB və 256 GB variantları ilə gələcək. Hesabatda 3D qəbul etmə xüsusiyyətinin üz
tanıma və artırılmış reallıq tətbiqlərinə xidmət edəcəyi bildirilib.
iPhone 8 yüksək qiymətə satışa çıxarılacaq
TrendForce,
iPhone 8-in indiyə qədərki ən yüksək qiymətə sahib iPhone modeli olacağını
iddia edir. Bu da 1000 dollar iddiasını təsdiqləyir deyə bilərik. Ancaq 64 və
256 GB variantlarının hər ikisində də 1000 dollar qiymət etiketi olub-olmayacağı məlum
deyil.
Hesabatda
Apple-ın daha rəqabətçi qimətlərlə yeni 4,7 inçlik və 5,5 inç-lik cihazlar
hazırladığı da bildirilir. TrendForce, yüksək qiymətinə rəğmən, üst səviyyə
iPhone 8-in ümumi iPhone istehsalının 40% təşkil edəcəyini iddia edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!