main-post-cover

    iPhone 8 rekorda imza ata bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir çox texnologiya şirkətləri yeni il üçün telefon modellərini sınaqdan keçirirlər. Bunlar içərisində "Apple” və "Samsung” şirkətlərinin telefonları daha çox diqqət çəkməkdədir.

    "Apple”, 2017-ci ildə ağıllı telefon bazarında rekorda imza atmaq niyyətindədir. Şirkət rekordu iPhone 8 satışları ilə etmək niyyətindədir. Qeyd edək ki, şirkət gələn il Apple-ın 10-cu ilini qeyd edəcək. İddialara görə şirkət bu münasibətlə iPhone 8 üçün yeni və daha diqqət cəlb edən xüsusiyyətlər təklif etmək niyyətindədir.
    "Apple”la bağlı bir çox təxminlər yer almaqdadır. Bunlar içində ən çox diqqət çəkən isə KGI Securities analitiki Ming-Chi Kuonu göstərmək olar. Onun təxminlərinə görə "Apple”, 2017-ci ildə 120-150 milyon iPhone istehsal edə bilər.
     
    Digər maraqlı məqam isə "Apple”ın iPhone 8 konsepti üçün hansı yeniliklər təqdim etməsi ilə bağlıdır. İddialara görə yeni iPhone 8 modelində 5.2 inç OLED ekrana yer veriləcək. Son verilən məlumatlara görə "Apple” artıq 10 belə iPhone 8 prototipini sınaqdan keçirməkdədir.
    Əgər "Apple” 120 milyondan çox iPhone 8 satmağa müvəffəq olarsa, onda şirkət, iPhone 6 ilə əldə etdiyi rekordu təzələyə bilər.
    Ming-Chi Kuonun fikrincə, iPhone 8 modelini üstün edən bir digər tərəf isə onun naqilsiz şarj edilə bilməsidir. Belə olduğu halda naqilsiz şarjla 15 feet məsafədən şarj etmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər