main-post-cover

    iPhone-a, köhnə iOS versiyalara keçid etməyə imkan verən tətbiq (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Thirnstar adlı hacker, iPhone və iPad-dəki yeni iOS versiyasını köhnə versiyalara qaytarmağı mümkün edən tətbiqi anons edib.

    Cihazı köhnə versiya iOS-ə qaytaracaq tətbiqin adı Prometheus-dur. Tətbiq, artıq "Apple”ın istifadədən çıxartdığı iOS versiyalarına keçidi (downgrade və ya upgrade) mümkün edəcək. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən uğurlu keçidin baş tutması üçün isə əsas şərt, SHSH blob faylının smartfonun yaddaşında olmasıdır. SHSH blob, "Apple”ın, cihazdakı hansı iOS versiyasının olduğunu yoxlamağa imkan verən rəqəmsal yazı faylıdır. iPhone və iPad-də köhnə iOS versiyasını yükləmək olmaz. Belə ki, bu, "Apple”ın qaydalarına ziddir. Bunun üçün fiktiv serverə sorğu göndərmək lazımdır.
     
    Həmin sorğu iTunes-a lazımı rəqəmsal yazı faylını (əvvəl yaddaşda olan) göndərəcək. Beləliklə köhnə iOS versiyasına keçid etmək olacaq. Əsas qeyd də odur ki, Prometheus-dan istifadə etmək üçün shsh2 yeni formatlı sertifikatlar lazım olacaq. Tətbiqin yaradıcısı, "Apple"ın rəsmi serverinə bənzəyən xüsusi server yaradıb. Həmin server vasitəsilə cihaz üçün SHSH blob faylını yükləmək olacaq. Bu proses isə Windows, macOSLinux üçün aktiv olan pulsuz Tsschecker adlı tətbiq vasitəsilə həyata keçirilir. Əgər yaddaşda olan bütün sertifitaklarda problem olmasa onda istifadəçi daha köhnə iOS versiyasına downgrade edə biləcək.
    Linki kopyala