main-post-cover

    iPhone-da şəkilləri necə gizlətmək olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone-da şəkillər necə gizlədilir?

    Hər şəklimizi hərkəsin  görməsinə ehtiyac yoxdur. Bəzi şəkillərimiz şəxsi olmasından ötrü gizli qalması gərəkli ola bilər. O zaman bunları necə gizlədəcəyik? Buyurun. iPhone istifadəçiləri üçün praktik bir yol. Çoxumuz, bəzi şəkillərimizi bəzi adamların görməsini istəmirik, bəzi şəkillər şəxsi olur. Telefonunuzu sizdən icazəsiz biri götürdükdə şəkillərinizi görməməsi üçün nə edəcəksiniz? iPhone-da bnun ən qısa və asan yolu, bir tətbiq yükləmək deyil. Çünki "Apple” sizin üçün birbaşa belə bir xüsusiyyət dizayn edib. Əlavə  olaraq bu xüsusiyyəti iPodiPad-də də istifadə edə bilərsiz. Yalnızca ağlınızda olsun ki, bu xüsusiyyət ”An”, ”İllər” və "Kolleksiyalar” kimi bölmələrdə gizlilik təmin edir. Albomlar bölməsində isə şəkilləriniz görünəcəkdir.
    1. Şəkilər tətbiqini açın
    2. Gizlətmək istədiyiniz şəkillərin üzərinə klik edin
    3. "Paylaş" düyməsinə basın və "Gizlə”yə klik edin
    4. "Şəkilləri Gizlə”yə klik edərək əməliyyatı təsdiqləyin. Gizli şəkillər "Gizli” adlı bir albomun içində olacaqdır.
    Əgər iCloud şəkillər kitabxanasını istifadə edirsinizsə, şəkilləriniz digər cihazlarınızda da görünməyəcək. Bu qədər gizlilik sizin üçün kifayət etmirsə və şifrə qoymaq kimi xüsusiyyətlərə sahib olmaq istəyirsinizsə, Private Photo Vault adlı tətbiqi yükləyə bilərsiz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər