main-post-cover

    iPhone-da yeni mesajı gizləmə xüsusiyyəti (Video)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iOS 10 ilə gələn iMessenger stickerləri sayəsində iPhone-da mesaj gizləmək artıq mümkündür. Gələn və göndərilən mesajları bu sticker ilə gizləyə bilərsiniz.

    Apple, iOS 10 yenilənməsi ilə iOS və macOS cihazları arasında mesajlaşmanı təşkil edən iMessage xidmətinə yeni xüsusiyyətlər qazandırdı. iMessage-in yeni xüsusiyyətləri arasında sticker və effektli mesaj göndərmə də yer alır.
    Bir müddət əvvəl App Store-da yer alan iMessage üçün stickerlərə yeni biri daha əlavə olundu. Hide Messages adındakı bu sticker, adından da bilindiyi kimi mesajları gizləməyə köməklik edir.
    Hide Messages ilə gələn və gedən bütün iMessage mesajlarını gizləyə bilirsiniz. Bu gizlilik necə həyata keçirilir? Əslində Hide Messages-in mesajı görünməz etməsinin əsas səbəbi mesaj yazma ekranının arxa fon rəngi ilə eyni rəngdə zolağa sahib olmasıdır. Bu zolağı mesajın üzərinə qoyduğunuz zaman sizə mesaj gəlməmiş və göndərməmiş kimi görüntü ortaya çıxarır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər