main-post-cover

    iPhone, fotoların köməyilə hack oluna bilirmiş

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple”ın hər zaman təhlükəsizliyi ilə fəxr etdiyi iOS əməliyyat sistemi yeni bir təhlükəsizlik boşluğu ilə diqqət çəkib. Belə ki, hackerlər bu boşluqdan istifadə edərək çox asanlıqla sizin məlumatlarınızı ələ keçirə bilərlər.

    Android nə qədər çox istifadə olunsa da, iOS-da təklif olunan təhlükəsizlik hər zaman istifadəçilərin bu əməliyyat sistemini üstün tutmasına şərait yaratmışdır. Amma bu dəfə iOS-da ortaya çıxan bir boşluq istifadəçi təhlükəsizliyini təhlükəyə atıb. Belə ki, bir foto və ya .pdf formatına malik bir faylın köməyilə sistemə asanlıqla sızmaq mümkündür.
    CVE-2016-4673 kodlu hesabatda boşluq səbəbiylə hackerlər, iOS-da açdığınız bir foto və ya .pdf formata malik fayl üzərindən sisteminizə sıza bilirlər.
    Olduqca çox istifadə olunan uzaqdan kod çalışdırma metoduna dayanan boşluq, adi dəyişiklə çox ciddi təhlükəli nəticələr ortaya çıxara bilər.
    Amma "Apple” öz müştərilərinin təhlükəsizliyini hər zaman üst səviyyədə saxladığı üçün bu boşluq yenilənmiş iOS 10.1 versiyasında aradan qaldırılıb.
    "Apple” yalnız bu boşluğu deyil, həmçinin 11 digər təhlükəsizlik boşluğunu da aradan qaldırmağa nail ola bilib. Buna görə də şirkət öz istifadəçilərindən iOS 10.1-ə keçid etməyin vacib olduğunu bildirib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər