main-post-cover

    iPhone istifadəçilərinə xəbərdarlıq! Diqqətli olun!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iTunes ilə aldığınız şifrələnmiş iOS backuplarınız sizcə təhlükəsizdir? Elə isə birdə düşünün. Mövzu ilə bağlı rəsmi açıqlama "Apple"dan gəldi.

    Rusiyada yerləşən "Elcomsoft" təşkilatı, keçdiyimiz həftə iTunes-da yaradılan şifrələnmiş iOS backuplarının iOS 10-un təqdim edilməsindən sonra daha az təhlükəsiz hala gəldiyini ortaya qoymuşdu.

    Backuplarınız "etibarlı əllərdə” deyil!

    "Technote.az”ın "Slashgear”a istinadən verdiyi xəbərə görə, iTunesda təhlükəsizlik boşluğu yeni şifrə qorumalı backupların alternativ bir şifrə təsdiqləmə mexanizmi təklif edilir. Bunun da daha əvvəlki iOS versiyalarına görə hacker hücumlarına (brute force) daha sürətli və asan icazə verdiyini diqqətə çatdırır. Bunun vasitəsilə kontakt, şəkil, şifrələriniz və daha çoxunun daxil olduğu məlumatlarınız ələ keçirilə bilər!
    "Elcomsoft”, iOS 10-un backup sisteminin bəzi təhlükəsizlik yoxlamalarını ötürüldüyünü və buna görə də şifrə tapmaq məqsədli hücumlara 2.500 dəfə daha sürətli icazə verdiyini açıqlayır. Problemin mənbəyi olaraqsa, şifrə məlumatlarını sadəcə bir dəfə istəyən fərqli bir alqoritmin istifadəsinə işarə edilir.

    "Apple”dan rəsmi bir açıqlama gəldi!

    "Apple” vəziyyətdən xəbərdar olduqlarını bildirərkən daha sonra təqdim ediləcək bir təhlükəsizlik yenilənməsi ilə problemin həll ediləcəyinin sözünü verir. Tək təsəlli isə iCloud-a backup edənlərin təhlükədə olmamasıdır. Kompwter və ya Mac üçün iTunes ilə iOS Backup əməliyyatı edənlər isə yenilənməyə qədər risk altında olacaqlar.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər