main-post-cover

    iPhone istifadəçilərinin diqqətinə: Bu video telefonunuzu kilidə sala bilər! (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Miaopaidə yer alan video iPhone 4-dən ən son Apple telefonu olan iPhone 7-dək bütün telefonları kilidə sala bilir

    Miaopoi adlı tətbiqdəki videolar normal şəkildə izlənə bilsə də, sonuncu təqdim olunan qısa video nümunəsi iPhone istifadəçilərini bir qədər narahat edir. Beləki, video qurtaranda iPhone telefonu bir neçə saniyə ya da 1 dəqiqə içində kilidə düşür. Və istifadəçi cihazı yenidən açmaq məcburiyyətində qalır.
    Bu video iPhone 4 və ondan sonrakı modellərdə yuxarıda qeyd olunduğu kimi video bitdikdən 1 dəqiqə içində sönsə də daha əvvəlki modellərdə daha tez kilidə düşür.
    Amma istifadəçilərin narahatçılığına ehtiyac yoxdur. Çünki güman olunur ki, bu video virus və ya mənfi məqsədlə yaradılmayıb. Həmçinin belə fikir də mövcuddur ki, video daha çox əyləncə xarakteri daşıyır. Cihazınızın sönməyini və ya kilidə düşməyini istəmirsinizsə onda kilidi açmaq üçün qısa yollardan istifadə edə bilərsiniz. Amma yenə də videonu sınaqdan keçirməməyiniz daha məntiqlidir.
    Bu videonun iPhone-ları kilidə salmaqla xüsusi nə məqsəd daşıdığı bilinmir amma problemin iOS-un mediasındakı boşluqla əlaqəli olduğu güman olunur.
    Mövzu ilə əlaqədar "Apple" tərəfi hələki heç bir rəsmi açıqlama verməyib. Videonu sizlərə təqdim edirik.
    Linki kopyala