main-post-cover

    iPhone-nu hətta CIA-dən belə qoruyacaq xüsusi keys təqdim olunub

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Rusiyada fəaliyyət göstərən və smartfonlar üçün lüks aksessuarlar istehsal edən "Gresso” şirkəti, iPhone üçün yeni keys təqdim edib.

    Sözügedən keys, iPhone-na yüksək səviyyədə kibertəhlükəszilik qazandırır. Şirkətin verdiyi məlumata görə sözügedən keys vasitəsilə kənar şəxslərin smartfona daxil olmaları mümkünsüzdür. Xüsusi keyslər nano-karbonatdan hazırlanıb, Keys, daxil olan və xaric olunan siqnalları blok edir. Beləliklə sizin smartfonunuz "görünməz” olaraq qalır. Nəticədə istifadəçinin xəbəri olmadan iPhone-dakı mikrofonu aktiv etmək və danışıqları dinləmək mümkünsüz hala gəlir. Sözügedən layihə, 1 il əzində hazırlanıb. Hazırlanma prosesində smartfonun təhlükəsizliyini təmin edən yüzlərlə material test edilib. Şirkətin bildirdiyinə görə keysin hazırlanmasında istifadə olunmuş nano-karbonat materialı sayəsində siqnalların tamamilə blok olunması mümkün olub. Beləliklə hackerlər hətta iPhone-dakı GPSGLONASS özəllikləri sayəsində belə istifadəçinin yerini təyin edə bilmirlər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər