main-post-cover

    iPhone-nu hissələrə ayırıb qızıl tapan robot (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Keçən il "Apple” şirkəti, Liam adlı maraqlı robotu təqdim etmişdi.

    Həmin robot, iPhone smartfonunu hissələrə ayıra bilir. Daha sonra bu hissələr, istehsalatda yenidən istifadə olunurlar. Bir smartfondan bu cür hissələrin çıxarılmasına robot, 11 saniyə vaxt sərf edir. İndi isə məlum olub ki, robot, smartfon hissələrindən əlavə olaraq həmdə nadir metalları da çıxarda bilir. Liam robotunun hazırlanmasına 3 il vaxt sərf olunmuşdu. Sözügedən robot yalnız iPhone smartfonunun hissələrə ayrılması üçün nəzərdə tutulub. Hal-hazırda bu cür robotlar Kaliforniya və Niderlandda fəaliyyət göstərir. Bir Liam robotu ildə 1.2 milyon iPhone 6 modelini hissələrə ayıra bilir. Göründüyü kimi bu heçdə kiçik bir nəticə deyil. Lakin 2016-cı ildə 211 milyon iPhone modeli satılmışdı. Beləliklə hal-hazırda smartfonların yalnız kiçik bir hissəsi, hissələrə ayrılır. Liam tərəfindən hissələrə ayrılmış 10.000 ədəd smartfondan 190 kq alüminium əldə olunub. Bundan əlavə olaraq 80 kq mis, 130 kq qızıl, 40 qr platin, 70 qr gümüş, 5.5 kq qalay və 2.4 kq nadir torpaq elementləri əldə etmək mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər