main-post-cover

    iPhone-ların çökməsinə səbəb olan yeni bir mesaj ortaya çıxdı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone istifadəçiləri yeni problemlə üz-üzə qalıblar. Yeni bir "troll” mesajı istifadəçiləri narahat etməyə başlayıb.

    Ağıllı telefon istifadəçiləri zamanla müxtəlif problemlərlə üzləşirlər. Bunlardan bir qismi virus xarakterli olsa da bəziləri "troll” məqsədilə yaradılır. Amma təbii ki, hər iki halda da istifadəçi bu vəziyyətlə bağlı problemlər yaşayır.
    Qeyd edək ki, iOS 8 versiyasında iPhone istifadəçiləri problemlə üz-üzə qalmışdılar. Burda əsas problem istifadəçilərə məzmunu ərəbcə yazılar və işarələrlə dolu mesajların göndərilməsi idi. Hansı ki, istifadəçi bilinməyən mesajı açdıqda ciddi problemlə qarşılaşırdı. Yəni telefon donur və istifadəsi əngəllənirdi.
    İndi də iPhone istifadəçiləri bənzər problemlər yaşamaqdadırlar. Bu yeni mesaj forması digərindən bir qədər fərqlənir. Belə ki, mesajın əsasını müəyyən qrup insanlara aid informasiyalar təşkil edir. İstifadəçi ona gələn bu mesajı açdıqda məlumat çox böyük olduğundan CPU həddən artıq yüklənir və mesajın xətalı olduğu haqda bildiriş gəlir. Burda işin qəliz tərəfi isə mesajı bağladıqda belə problemin həll olmamasıdır.
    Bildirək ki, bu mesaj Vincedes tərəfindən yaradılıb. Hətta Vincedes öz YouTube kanalında bununla bağlı video da yayımlayıb.
     

     
    Linki kopyala