main-post-cover

    iPhone-u 5 dəqiqədə sürətli şarj etməyin yolları (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Smartfon və ya planşetin daha çox funksiyalarından istifadə etdiyimizdə onun batareyasındakı enerji də bir o qədər tez bitir.

    Lakin bununla yanaşı cihazdakı enerjinin bitməsinə biz son anda nəzər yetiririk. Tamamilə enerjisiz qalan batareyanı çox tez bir zamanda tam enerji ilə təmin etməyin yekun bir üsulu yoxdur. Lakin Business Insider mənbəsi, bu prosesi sürətləndirmək üçün bir neçə faydalı məsləhətlər verib. iPhone, aviarejimə keçirilsə onda onun enerji göstəricisi daha sürətlə dolmağa başlayar. Belə vəziyyətdə bütün enerji yalnız batareyaya ötürüləcək. Belə ki, aviarejim zamanı naqilsiz interfeysin enerjiyə ehtiyacı olmur. Şarj zamanı cihazı keysdən çıxartmaq lazımdır. Beləliklə cihaz qızmaya məruz qalmayacaq. Bu barədə həmçinin "Apple”ın saytındakı təlimatda da qeyd olunub.
    "Şarj zamanı smartfona taxılmış keys, smartfonun qızmasına səbəb ola bilər. Bu isə öz növbəsində batareyaya mənfi təsir edir. Şarj zamanı cihazınızın qızdığını gördüyünüzdə onu keysdən çıxardın” – deyə saytda qeyd olunub. iPhone, USB-dən fərqli olaraq divarda olan elektrik girişi vasitəsilə daha sürətli enerji yığır. Bundan əlavə əmin olmaq lazımdır ki, şarj zamanı istifadə olunan şarj cihazı yüksək cərəyana tab gətirə biləndir. Bu baxımdan bəzi şarj cihazları smartfona lazım olandan daha az milliamper ötürürlər. Beləliklə smartfonun şarj olunma zamanı artır. Ən əsası isə şarj zamanı ümumiyyətlə iPhone-dan istifadə etməməkdir. Ekran enerji sərfiyyatına yol açan əsas faktorlardan biridir. Cihaz sönülü vəziyyətdə daha sürətlə enerji yığacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər