main-post-cover

    iPhone-u hack edənə 250.000$ pul mükafatı veriləcək

    Elm & Texnologiya
    07.05.2017
    Brilyant Rasulova
    Dünyanın ən böyük təhlükəsizlik şirkətlərindən biri olan "Trend Micro", ənənəvi hal alan iPhone hack yarışlarına yeni birisini daha əlavə edib. Təklif olunan pul mükafatı isə olduqca yüksək məbləğdir. "Trend Micro", son illərdə etdiyi təhlükəsizlik yatırımları ilə bu sektorda söz sahibi olmağı bacarıb.
    iPhone-u hack etmək üçün təşkil olunan bu yarış da ilk deyil. Amma bu ilki yarışlarda mükafat və tədbirlər çox olduğundan iştirakçıların sayının çox olması gözlənilir. Yarışlar arasında xüsusilə hackerlərin yer aldığı iPhone şifrəsini qırma yarışı diqqət çəkir. Belə ki, hacker ona veriləcək iPhone 6S -in şifrəsini məlumatlara zərər vermədən qırarsa, 250.000$ pul mükafatı alacaq. Bundan əlavə iOS üçün açıq tapan hackerlərə 500.000$ veriləcək. 26-27 Oktyabr tarixlərində keçiriləcək yarışlara böyük marağın olması gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər