iPhone-u iki dəfə sürətli şarj etməyin yeni üsulu (ViDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
iPhone və iPad-lərin imkanlarından nə qədər çox faydalanırıqsa həmin cihazların enerjiləri bir o qədər tez bitir.
Şarjı bitmiş cihazın bir neçə saniyədə
tam enerji yığmasının bir üsulu yoxdur. Lakin cihazın şarj yığma sürətini
artırmağın üsulları kifayət qədərdir. SuperSaf TV layihəsi iPhone-nun öz şarj
cihazından deyil, iPad şarj cihazından istifadə edərək iPhone-nun nə qədər sürətlə
enerji yığmasını yoxlayıb. Bloggerlər təcrübə zamanı iki ədəd iPhone 7 Plus modelindən istifadə ediblər. Onlardan biri özünün şarj cihazını, digəri isə iPad-ın
şarj cihazına qoşulmuşdur. Təcrübə zamanı 0%-dən 100%-ə qədər enerjinin yığma
sürəti ölçülürdü.
Beləliklə batareyaların vəziyyətlərini
şarja başlayandan yarım saat sonra yoxlayıblar. Standart şarj cihazlı iPhone 7 Plus 17 %, iPad-ın şarj cihazına qoşulmuş iPhone 7
Plus isə 34% nəticə göstərdi. İki nəticə arasındakı fərq göz önündədir. Bir
saatdan sonrakı ikinci yoxlanışda nəticələr 35% və 64% olub. Yarım saatdan
sonrakı üçüncü yoxlamada isə nəticələr 53% və 85% olmuşdur.
Solda gördüyünüz standart şarj
cihazlı iPhone 7 Plus, sağ tərəfdə gördüyünüz isə iPad şarj cihazlı iPhone 7
Plus-dır.
Nəticə etibarı ilə iPad-ın şarj
cihazına qoşulmuş iPhone 7 Plus 100% enerjini 2 saat 5 dəqiqə ərzində
yığmışdır. Həmin müddətdə isə standart şarj cihaza qoşulmuş iPhone 7 Plus hələ
73% enerji yığmışdı. Beləliklə onun tam enerji yığma nəticəsi 3 saat 43 dəqiqə
olmuşdur. Nəyə görə digər iPhone-da proses sürətli gedib? Hər şey çox sadədir.
iPhone batareyasının şarj olunma sürəti onun qoşulu olduğu enerji mənbəyindən
asılıdır. "Apple” smartfonlarının şarj cihazları 1 A (Amper) cərəyan gücü ötümək
üçün nəzərdə tutulduğu halda, iPad-ın şarj cihazı 2.1 A cərəyan gücü ötürür. Məhz
bunun sayəsində ikinci iPhone 7 Plus daha sürətli şarj olunmuşdur. Qeyd etmək
lazımdır ki, bu üsul yalnız iPhone 6/6s/7 və iPhone 6Plus/6s Plus/7 Plus modellərində
çalışır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)