main-post-cover

    iPhone və ya iPad-dən fotoların Windows-a köçürtməyin üsulları

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    iPhoneiPad-lərdə fotolar külli miqdarda yığılanda Mac kompüterlərinin istifadəçiləri sinxronlaşmadan istifadə edərək sözügedən cihazlardakı fotoları kompüterə köçirdə bilərlər. Lakin Windows əməliyyat sistemli kompüter istifadəçiləri üçün isə fotoların kompüterə köçürülməsi bir neçə üsul vasitəsilə həyata keçirilir.
    Fotoların fayllar meneceri vasitəsilə Windows-a kopyalanması.
    iPhone və iPad-dən fotoları Windows 10 sistemli kompüterə köçürtmək üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır:
    iTunes-u kompüterə yazmaq
    Lightning-USB vasitəsilə iPhone və ya iPad-ı kompüterə qoşmaq
    Kompüterin "Start bölməsindən və ya klaviaturada "Windows + E” yığaraq Windows Explorer-ə daxil olmaq.
    Açılmış pəncərədə "Computer” qovluğunun yanındakı oxa klikləmək. Bu zaman kompüterə qoşulmuş iPhone və ya iPad-ə uyğun gələn bölməni seçmək
    Mouse-a iki dəfə klikləyəndən sonra məlumatların saxlandığı bölmədəki DCIM qovluğuna keçmək. Həmin qovluqda cihazdakı bütün fotolar yer alacaq
    Daha sonra klaviaturada "Ctrl + C” və ya "Ctrl + V” yığaraq lazımi fotoları kompüterə köçürtmək olar. Əgər siz bütün fotoları köçürtmək istəyirsinizsə onda "Ctrl + A” yığaraq bütün fotoları seçə bilərsiniz.
    "Photos” tətbiqi vasitəsilə fotoların Windows 10-a kopyalanması.
    Bu haldada ilk öncə kompüterə iTunes tətbiqini yazıb iPhone və ya iPad-ı kompüterə qoşmaq lazımdır
    Daha sonra "Start” bölməsindən Photos tətbiqini işə salırıq
    Açılmış pəncərənin yuxarı sağ tərəfində Import düyməsi olacaq
    Həmin düyməyə klikləyib bizə lazım olan fotoları seçərək davam etmək düyməsini klikləyirik
    Beləliklə bütün seçilmiş fotolar Photos tətbiqinə kopyalanacaq.
    iCloud vasitəsilə fotoların kopyalanması.
    İlk addım olaraq Windows üçün iCloud tətbiqini yükləmək lazım olacaq. Tətbiqi bu linkdən yükləyə bilərsiniz
    Daha sonra Apple ID və şifrədən istifadə edərək iCloud-a daxil olmaq lazımdır
    - Açılmış pəncərədə Photos bölməsini seçərək Options düyməsini klikləyirik
    Açılmış yeni pəncərədə "My Photo Stream” bölməsinin yanında quş qoyuruq, "Upload new photos and videos from my PC” bölməsinin yanındakı quşu isə götürürük
    Daha sonra "Done düyməsinə klikləyirik. Bu zaman əvvəlki səhifəyə qayıdırıq və aşağıda yerləşmiş "Apply” düyməsini klikləyirik. Bunları yerinə yetirəndən sonra iCloud-da olan bütün fotolar kompüterə kopyalanacaq.
    Linki kopyala