İranda hazırlanmış tətbiqetmələr App-Storedan silinir!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
İran mərkəzli iOS tətbiqlərin App Store-dan çıxarılmağa başlanması developerləri olduqca təcübləndirdi. Bəs, İran mərkəzli tətbiqlər App Store-dan hansı səbəbə görə çıxarılır?
İrandan paylaşım edən TechRasa adlı bir internet saytının iddialarına görə, İranmərkəzli tətbiqlərin böyük bir hissəsi ötən həftə App Store-dan hər hansı bir səbəb
bildirilmədən çıxarılıb.
İran-ın ən böyük e-ticarət platformalarından Digikala-nın da aralarında olduğu çox sayıda İran mərkəzli tətbiqlərin App
Store-dan bir anda yox olması, istifadəçilər tərəfində şüphələri daha da
artırdı.
Apple, tətbiqlərin mağazadan hansı səbəbdən
çıxarılması haqqında bir açıqlama vermədi. Ancaq, TechRasa-ya görə bu hadisənin
əsasında beynəlxalq ticarət qanunları yer alır.
Səbəb olaraq qanunlar göstərilir!
Ötən ilin sentyabr ayında App Store-u İranlı tətbiq
developerləri üçün istifadəyə verən Apple, hər ötən gün ixtisarlara davam edərək developerləri, tətbiqlərini
digər ölkələrə qeyd etmə zəruriliyindən xilas etdi. Ancaq, Apple-ın bir anda
App Store-dan tətbiqlərin çıxarılmasına başlaması və son günlərdə App Store-a tətbiq
yükləmək istəyən İranlı developerlərin müraciətlərini qəbul etməməsi,
qarışıqlığa səbəb oldu.
Bu hadisəni əldə olan dəqiq məlumatlarla dəyərləndirsək,
İran ilə App Store arasında baş verən bu problemin qaynağında daha əvvəl
bildirdiyimiz kimi ticarət qanunları yer alır.
Əlavə olaraq, App Store-a tətbiq yükləməyə
çalışan developerler bu mesaj ilə qarşılaşdıqları bildirilir.
`Təəssüf ki İran bölgəsində əlaqə qura biləcəyiniz
bir App Store yoxdur. İran mərkəzli şirkətlər və təşkilatlara aid tətbiqlər,
İran-a istiqamətli sanksiyalara zidd olduqları üçün App Store-da yer almır.
Beynəlxalq ticarət qanunlarının düzəldilməsinin ardından müraciətinizi yenidən etməyinizi
təklif edirik.`
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)