İŞİD-in saytına daxil olan fransa vətəndaşı problemlə üzləşdi

211

Fransa vətəndaşı İŞİD terror təşkilatının saytına daxil olduğu üçün başı bəlaya girib.

Bildiyiniz kimi bəzi terror təşkilatları islam pərdəsi altında müsəlman və dinc sakinlərə qarşı zülm edirlər. Belə tanınan terror təşkilatlarından biri də İŞİD-dir. Bir çox jurnalist, siyasətçilər xəbər almaq məqsədilə bu terror təşkilatının saytını izləsə də adi fransız vətəndaşının sayta daxil olması onun üçün böyük problem yaradıb. Belə ki, Fransız polisi həmin vətəndaşı məhkəmə qarşısına çıxararaq onu ittiham edib. Onlar həmin şəxsi İŞİD-lə hər hansı əlaqəsinin olmasında günahlandırırlar.

 

Günahlandırılan şəxsin kompüterinin arxa planında İŞİD görüntülərinin olması həmin şəxsə qarşı şübhələri daha da artırıb. Şübhəli şəxs isə həmin sayta marağı üzündən daxil olduğunu bildirib.

Əgər həmin şəxsin günahkar olduğu təstiqini taparsa 30 min dollar pul cəzası və 2 il həbs cəzası alacaq. Bu hadisədən sonra saytlara giriş edənlərin daha ehtiyatlı olması gözlənilir.