İslanmayan və cırılmayan pul istifadəyə verildi

155

Plastikdən istehsal olunan su keçirməyən və cırılmayan 5 Sterlin, İngiltərədə bazara çıxarıldı

Pulların tez-tez sıradan çıxması onların istifadəsini çətinləşdirir. Kağız pulların istehsalı ucuz başa gəldiyi üçün bu pul növü daha çox istifadə olunur. İngiltərə kağız pulların tez sıradan çıxmasının qarşısını almaq məqsədilə tədavülə yeni pul növü çıxarıb. Bu pullar plastikdən hazırlanıb. 5 sterlin olaraq istifadəyə verilən pullar kimi digər pul dəyərlərinin də plastikdən hazırlanıb-hazırlanmayacağı bilinmir. Plastikdən hazırlanan pullar cırılmayan və əzilməyən olsalar da qatlanmasının bir qədər çətin olacağını deyə bilərik. Bu yenilik uğurlu olsa digər ölkələrdə də istifadə olunması nəzərdə tutulur.