İstədiyi şirkətə işə girmək üçün maraqlı müraciət forması hazırladı

668

Reklam işinə marağınız varsa ilk əvvəl özünüzü düzgün təqdim etməyiniz vacibdir. Səbəbi isə çox sadədir. Beləki, siz özünüzü düzgün tanıda bilmirsinizsə onda müştərini məhsulu almağa inandıra bilməzsiniz. Bu mövzuya ən yaxşı misal ola biləcək şəxslərdən biri Lukas Yla adlı gəncdir.

Litvalı satış mütəxəssisi Lukas Lya, Amerikada işə girmək üçün qeyri-adi bir üsula baş vurub. Beləki, gənc oğlan çalışmaq istədiyi 10 ən yaxşı reklam və 30 texnologiya şirkətinə qeyri-adi üsulla müraciət edib. Lukas getdiyi şirkətlərə Mr. Holmes Bakehouse-dən yemək çatdırmaq üçün gələn kuryer olduğunu bildirib və şirniyyat gətirdiyini bildirib. Qutunun qapaq hissəsində isə öz CV-ni yerləşdirib.

 

CV-nin mətnində isə belə deyilir: "CV-lərin çoxunun sonu zibillikdir. Mənimki isə sizin mədəniz.

Salam,

Bu çatdırılma səhv ünvana gəlməyib. CV-nin şəxsən sizə çatması üçün Postmates şirniyyatı kimi davrandım. Sizə göstərişli bir tanıtım kimi görünə bilər, ancaq bu reklam kompaniyasının görünən tərəfidir. Bu sizə çatmış bir çox təkrarlanmanın sonunda əldə olunan nəticədir. Rəqabət ortamını, hədəf kütləsini və çatdırmaq istədiyim mesajı incələyərək SWOT analizini gerçəkləşdirdim. Kompaniyanı hazırladıqdan sonra fərqli böyüklükdə və hədəf kütləsinə sahib şirkətlərə A/B testi tətbiq etdim. Offlayn geri bildirimləri ölçmək üçün URL istifadə etdim və bu sayədə kompaniyanın ROI ölçüsünü maksimuma çatdırdım.”

Lya-ya cavab verən şirkətlər arasında isə texnologiya şirkətləri üstünlük təşkil edir. Lya bu fikri tətbiq etmək üçün 40-dan çox paket hazırlayıb və indiyədək 10 şirkətlə görüşmə şansı əldə edə bilib. Bu isə e-mail ilə nəticə almaqdan 10 dəfə daha çoxdur.

Şirniyyatın adi bir e-mail və ya kağızdan daha yaxşı seçim olması real faktdır. Burdan belə nəticə çıxarmaq olar ki, kreativlik hər zaman bir addım öndə yer almağınıza yardımçı olan ünsürdür.