main-post-cover

    İstənilən Apple kompüterini hack edən 300 dollarlıq cihaz (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Təhlükəsizlik üzrə mütəxəssis Ulf Frisk, istənilən Apple kompüterini hack edən cihazı təqdim edib.

    PCILeech adlı cihaz, Mac modellərində olan FileVault 2 şifrələmə sistemini keçərək istifadəçinin məlumatlarını əldə edir. Apple kompüterini hack etmək üçün PCILeech cihazı və xüsusi proqram təminatı lazım olacaq. Sözügedən cihazı, ev şəraitində lazımi komponentlər vasitəsilə hazırlamaq olar. Cihazın hazırlanma təlimatı və proqram təminatı haqqında məlumatlar mütəxəssis tərəfindən GitHub saytına yerləşdirilmişdir. Frisk-in sözlərinə görə bu üsul, FileVault 2 sisteminin iki boşluğu sayəsində mümkün olur. PCILeech faktiki olaraq lazımi şifrələri adi mətn formatında oğurlayır. Sözügedən üsul bütün Mac modellərində keçərlidir. Kompüter deaktiv və ya yuxu rejimində olsa belə onu hack etmək mümkündür. İlk öncə PCILeech, kompüterə qoşulur və kompüter restart prosesinə keçid alır. Bu vaxt isə PCILeech, şifrəni 30 saniyə ərzində oğurlayır. Frisk qeyd edib ki, Mac modelləri, Direct Memory Access (DMA) tipli hücumlardan qorunmayıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər