main-post-cover

    İstifadəçilər, "Apple"ı məhkəməyə verdilər!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone sahibi olan bir qrup istifadəçi, "Apple”ı keyfiyyətsiz və yetərsiz təchizatla hazırlanan iPhone-lara görə məhkəməyə verdi.

    İstifadəçiləri tərəfindən dözümlülüyünə görə hər zaman təriflənən iPhone-lar, bu dəfə tamamilə əks bir xəbərlə qarşımıza çıxdı. Bəzi iPhone 6 və 6 Plus istifadəçiləri, "Apple”ı keyfiyyətsiz sensor ekran istehsal etdikləri səbəbi ilə məhkəməyə verdilər.
    Telefonları hissələrinə ayırıb, tək-tək incələməsi ilə bilinən iFixit komandası da zamanında etdiyi iPhone 6 incələməsində oxşar problemi dilə gətirmişdi. iFixit, iPhone 6 və 6 Plus-un sensor ekran çiplərinin vaxt keçdikcə korlandığını və təmir edilmə prosesinin həddindən artıq çətin olduğunu açıqlamışdı. Və bu çox baha başa gəlirdi.
    Hadisəni ciddiləşdirən bir başqa səbəb olaraq isə istifadəçilər, yaşanan bu problemdən "Apple”ın xəbərinin olmasına baxmayaraq, həll etmək üçün heçbir şey etmədiyini və təmir üçün də ödəniş tələb etdiyini bildirdilər.
    "Apple” və istifadəçi tərəflərinə vəziyyət belədir. Məhkəmənin necə davam etdiyinə dair əlimizə bir xəbər keçsə sizlər ilə paylaşılacaq.
    Linki kopyala