İstifadəçilər WhatsApp-a görə "Facebook"u məhkəməyə verdilər
Sosial Media
07.05.2017
Farid Pardashunas
Almaniyalı istifadəçilər, "Facebook”u məhkəməyə veriblər.
Səbəb isə şirkətə məxsus olan WhatsApp messencerinin,
istifadəçi məlumatlarını yığıb onları yaymasıdır. 2016-cı ilin Avqust ayında
istifadəçilər ilk dəfə aşkar etdilər ki, messencer, istifadəçilərin məlumatlarını
yayır. Belə ki, tətbiq, avtomatik olaraq istifadəçinin Facebook hesabı ilə
sinxronlaşdırılırdı. Beləliklə istifadəçinin telefon nömrəsi, adı, soyadı,
doğum tarixi və s. kimi məlumatlarına keçid əldə olunurdu. Mütəxəssislərin
fikrincə sözügedən sxem ilə Facebook-dakı hər-hansısa istifadəçinin dostları
haqqında məlumatlar götürülür. WhatsApp, istifadəçilərdən, öz məlumatlarını
Facebook ilə bölüşməyi istəyib-istəmədiklərini soruşmur.
İstifadəçilər, İstehlakçı Təşkilatlarının Federasiyasına müraciət ediblər. Beləliklə federasiya adından məhkəmə iddiası açılıb.
Federasiya, WhatsApp-a, istifadəçi məlumatlarının Facebook ilə əlaqələndirilməsi
prosesinin ləğv edilməsi niyyətindədir. Bundan əlavə təşkilat təmsilçiləri tələb
edirlər ki, indiyənə kimi əldə olunmuş məlumatlar pozulmalı və bundan sonra
istifadəçi razılığı olmadan bu cür proses həyata keçirilməməlidir. WhatsApp-da
isə qeyd ediblər ki, şəxsi məlumatların bu üsulla əldə olunması, istifadəçi
razılaşmasına daxildir. Şirkət rəsmiləri qeyd ediblər ki, məxfilik siyasəti və
tətbiqdən istifadə şərtləri, Avropa Birliyi tərəfindən təyin olunmuş qayda və
normalara tamamilə uyğundur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)