main-post-cover

    İstifadəçilər nəyə görə "Rotten Tomatoes" saytının bağlanmağını istəyirlər?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Yerli kinoteatrlarda bugün böyük ekranlara çıxmış "Suicide Squad” filmi "Rottentomatoes.com” saytında tənqidlərə məruz qalaraq 35%-lik reytinqə layiq görülmüşdür.

    Qeyd edək ki, Rottentomatoes.com saytı film mütəxəssislərinin fikirlərini incələyərək müəyyən filmin reytinqini tərtib edən saytdır. Həmin reytinq isə izləyicilərin filmə olan marağına təsir edir. "Suicide Squad” filminin rejissoru David Ayer öz Twitter səhifəsində "Mən ayaq üstə ölməyi diz çökərək yaşamaqdan üstün tuturam” yazaraq bu hadisəyə öz reaksiyasını bildirib. Daha sonra David Ayer yaratdığı filmə sevgisini və inancını göstərmək üçün mütəxəssislərə bu cür mesaj ünvanladığını qeyd edib. Hal-hazırda professional reytinq saytında filmin reytinq göstəricisi 35%-dir. Mütəxəssislərin filmə olan bu reaksiyası DC Comics pərəstişkarlarını o dərəcədə qəzəbləndirib ki, onlar saytın bağlanması barəsində elektron ərizə yaradaraq imza toplamağa başlamışdırlar. Elektron ərizə 17.616 imza toplayaraq qalib gəlib. Lakin bu ərizənin sayta necə təsir edəcəyi hələki bilinmir. Sözügedən saytda DC Comics əsasında çəkilmiş filmlər sözün əsl mənasında mütəxəssislər tərəfindən mənfi fikirlərə məruz qalırlar. Vaxtı ikən "Batman v Superman: Dawn of Justice”filmi saytda 24% reytinq almışdır. Bu isə təbii ki, filmin gəlirlərinə təsirsiz ötüşməmişdir. Qeyd edək ki, "Suicide Squad” filmində baş rolları Margot Robbie, Jared Leto, Will Smith, Amanda Wallaer, Jai Courtney, Jay Hernandez, Cara Delevingne, Joel Kinnaman, Scott Eastwood və digərləri canlandırıblar. Rejissor David Ayer isə filmin ikinci hissəsi üzərində işləmək istədiyini bildirib. 
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər