main-post-cover

    İsveçdə dron istifadəsinə qadağa qoyuldu!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İsveç məhkəmələri, ölkədəki dron bazarını bitirəcək çox qəribə bir qərara imza atdı. Bundan sonra İsveçdə dron uçuracaqsınızsa iki dəfə düşünün.

    Yalnız bir il əvvələ qədər dünyanın hər yerində sərbəst dron uçurda bilən dron sahibləri üçün 2016 kabus kimi bir il oldu. Ölkədə dron istifadəsinə dair əhəmiyyətli məhdudiyyətlər gətirən qaydalar tətbiq edildi.
    Ancaq bu məhdudiyyətlərdən ən qəribəsi isə İsveçdə ortaya çıxdı. İsveç məhkəmələrinin qərarına görə artıq "kameralı dron"uçurmaq praktiki olaraq qeyri-mümkün hala gəldi.

    Təhlükəsizlik kamerası ətraf mühitdə işlədilə bilməz

    İsveçdəki bir məhkəmə, böcəklərin eyni zamanda "təhlükəsizlik kamerası" olduğuna dair şərh gətirərək, təhlükəsizlik kamerası qurmaq üçün lazımlı icazələri almaq qərarını verdi.
    Buna görə, əgər kameralı bir dron uçurursanız onunla yalnız evinizi, avtomobilinizi müşahidə edə bilərsiniz. Digər tərəfdən İsveçdə xalqa açıq sahələrdə görüntü almaq qadağan deyil, ancaq məhkəmənin hansı səbəbdən bu qərarı aldığı hələlik aydın deyil.
    İsveçdə dron sahibləri qərar üzərinə etirazlara başladılar. Qərarı şikayət etmək üçün də proses başladıldı ancaq bu sırada ölkədə dron uçurmaq praktiki olaraq qadağan edilmiş vəziyyətdədir.
    Filmlər və reklam sənayesində dronlardan çox sıx istifadə edilir və bu qərarla birlikdə ölkədəki bütün reklam agentliklərinin və film prodüserlərinin də əli qolu bağlanmış olur.
    Xalq qərarın yüksək məhkəmədən dönəcəyinə inanır amma yenə də ölkədə bu "məntiqsiz" qərarın səbəbini müzakirə etməyə davam edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər