İT sahəsində ən uğursuz 6 cihaz

426

Hər bir şirkətin uğurlu və uğursuz məhsulları olur. Bu məqaləmizdə son 25 il ərzində satışa çıxmış ən uğursuz cihazlarla sizləri tanış edəcəyik. Bu cihazlardan bəziləri insanların təəccübünə səbəb olsa da bəzi səbəblərdən onlar uğur qazana bilməmişdilər.

Nintendo Virtual Boy

Siz elə düşünürsünüz ki, virtual reallıq haqqında yalnız bir neçə il bundan öncə fikirləşməyə başlamışlar? Lakin keçmişə nəzər salsaq görərik ki, "Nintendo” şirkəti hələ 1995-ci ildə VR cihazı təqdim etmişdir. Oculus RiftHTC Viwe kimi VR cihazlar günümüzdədə insanları heyrətləndirir. İndi isə təsəvvür edin ki, bu cür ideya 20 il bundan öncə necə səslənirdi. Düzü Nintendo Virtual Boy-un satışa çıxmasından sonra bəlli oldu ki, cihazdakı görüntü keyfiyyəti aşağı səviyyədədir və o qırmızı-qara rənglərdə təsvir olunur. Bu cür cihazda 15 dəqiqədən çox oynamaq dözülməz idi. Həmdə gözlər üçün ziyan idi. Baxmayaraq ki, VR cihaz konsol ilə birlikdə 179$ qiymətinə satılırdı, o məşhur qazana bilmədi. 1 milyon satılması planlaşdırılan cihazdan yalnız 770.000 cihaz satıldı. Uğursuz startdan sonra cihazın istehsalı dayandırıldı.

Segway

Hal-hazırda enerji ilə çalışan iki təkərli nəqliyat vasitələri məşhurlaşır. Lakin bir çoxları bilmir ki, bu bazarın təməlini "Segway” qoyub. 2001-ci ildə heç nəyə bənzəməyən elektrikli nəqliyyat özü tarazlığın saxlanılmasını təmin edirdi. Lakin yeni nəsil iki təkərli nəqliyyat vasitələrində tarazlığı qorumaq üçün bir müddət öyrəşməli olursan. Buna baxmayaraq enerji tutumu 40 km yol qət etmək üçün bəs edirdi. Maksimal sürət isə saatda 50 km idi. Bu cihazın yalnız bir mənfi cəhəti var idi. Onun qiyməti. İlk Segway modeli 5000$ qiymətinə satılırdı. Çox az adam bu vəsaiti ödəməyə hazır idi.

Nokia N-Gage

Bir vaxtlar mobil telefon bazarında lider şirkət olmuş "Nokia” texnologiya və dizayn baxımından bir sıra təcrübələr aparırdı. Məhz bu xüsusiyyətə görə şirkəti çox sevirdilər. Məhz bu cür təcrübələrin nəticəsində şirkət Nokia N-Gage telefonunu təqdim etmişdir. Bu cihazda şirkət əlaqə vasitəsini və portativ konsolu bir arada toplamaq istəyirdi. Lakin bu sadəcə sözdə əla səslənirdi. İşə gəldikdə isə cihaz hamının gözlədiyi kimi alınmadı. Birincisi cihaz telefon kimi istifadə üçün çox böyük idi. Bu baxımdan istifadəçilər rahatlıq hiss etmirdilər. Portativ oyun konsolu kimi isə istifadədə daha da narahat idi. Məsələn bir oyunu işə salmaq üçün bəzi uzun prosesləri yerinə yetirmək lazım idi. Belə ki, istifadəçi cihazı söndürməli, batareyanı çıxartmalı, oyun olan kartrici müəyyən olunmuş yerə taxmalı və sonra oyunu oynamalı idi. Buna baxmayaraq şirkət 3 milyon Nokia N-Gage cihazı sata bilmişdi.

Microsoft Zune

2006-cı ildə "Microsoft” şirkəti həmin vaxtda məşhur olmuş Apple iPod cihazına rəqib çıxartmağı qərara alaraq Zune adlı cihazı təqdim etdi. Zune-un ən vacib xüsusiyyəti sosial funksiyası idi. Belə ki, istifadəçilər aldıqları musiqiləri dostları ilə paylaşa bilərdilər. 10 il bundan öncə bu cür fikir maraqlı idi. Lakin hər şey bir qədər qəliz oldu. Belə ki, bir musiqini 3 gün ərzində yalnız 3 dəfə paylaşmaq mümkün idi. O da sadəcə yaxınlıqda olan insanlarla. Həmçinin cihaz video oynatmaq baxımından bəzi problemlər yaşayırdı. Sadə dildə desək Zune iPod-a rəqib cihaz ola bilmədi.

Twitter Peek

Təsəvvür edə bilərsinimiz ki, hər bir sosial şəbəkəyə giriş üçün ayrıca cihaz lazımdır? Yox? Lakin "Twitter” təsəvvür edə bilirdi. 2009-cu ildə şirkət Twitter Peek adlı cihazı təqdim etdi. Həmin cihaz vasitəsilə istifadəçi Twitter-dəki ana səhifəsindəki məlumatları oxuya bilərdi. Cihaz yalnız bunun üçün nəzərdə tutulmuşdu. 199$ qiymətinə satılmış bu cihaz vasitəsilə tweet-ləri oxumaq heç rahat deyildi. Cihazın ekranında sosial şəbəkənin xəbər lentindəki 20 simvol uzunluğunda mesajlar əks olunurdu. Buna görə də hər bir tweet-ə ayrı-ayrılıqda daxil olmaq lazım idi. Twitter Peek layihəsinin uğursuzluğu hələ cihazın konsepsiya mərhələsində aydın idi. Beləliklə satışlarda uğurun əldə olunacağı haqqında söhbət belə gedə bilməzdi.

Microsoft KIN

Vaxtı ikən şirkət gənclər üçün dəbli smartfon yaratmaq fikrinə düşdü və 2010-cu ildə Microsoft KIN cihazını təqdim etdi. Şirkət düşünürdü ki, gənclər cihazdan sosial şəbəkələr və messencerlər üçün aktiv istifadə edəcəklər. Bu funksionallıq dalınca qaçan şirkət isə standart mobil funskiyalarını unutmuşdu. Belə ki, Microsoft KIN çox ləng işləyirdi və xəritə üzrə naviqasiya üçün nəzərdə tutulmuş ən sadə bir tətbiqə belə sahib deyildi. Uğursuzluq göz qabağında idi. Microsoft KIN satışa çıxdığı vaxtdan 48 gün sonra satış rəflərindən yox oldu.

Google Glass
"Google” şirkəti geyinilə bilən "ağıllı” cihazların yaradılması haqqında düşünənlərdən ilki idi. Artıq 2012-ci ildə Google Glass adlı fantastik layihə haqqında məlumatlar ortaya çıxmağa başladı. İstifadəçilərə söz verilmişdi ki, şirkət "ağıllı” eynəklər vasitəsilə insanların portativ kompüterlə əlaqə təsəvvürlərini tamamilə dəyişəcək. 2013-cü ildə developerlər cihazın demo versiyası olmuş Google Glass Explorer Edition-u əldə etdilər. 2014-cü ildə isə artıq istənilən şəxs 1500$ qiymətinə bu cihazı əldə edə bilərdi. Məhz həmin vaxtda alıcıların arzuları puç oldu. Məlum oldu ki, cihaz tam enerji ilə təmin olduğu halda belə az müddətdə çalışır. Funksiyalar minimum idi və onları gözlə idarə etmək heçdə asan deyildi. 2015-ci ilin Yanvar ayında isə şirkət Google Glass-ın istehsalını dayandırdı.