main-post-cover

    İtini boğmağa çalışan Kenquruya yumruq atan adamın sosial medianı "partladan" videosu

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Avstraliyada yaşayan bir adam, itini boğaraq öldürməyə çalışan kenqurunun əlindən yumruq ataraq xilas etdi.

    Avstraliya, heyvan növlərinin çoxluğu ilə dünyanın ən təhlükəli bölgələrindən biridir. Hər an canınıza qəsd edəcək bir heyvanla qarşılaşma ehtimalınızın olduğu ölkənin ən məşhur heyvanının Kenquru olduğunu da az-çox bilərsiniz. Son günlərdə sosial medianı "partladan" videoda bir adam, boğaraq öldürməyə çalışdığı iti kenqurunun əlindən xilas edir, həm də nə xilas etmə!
    Əslində adamın bir silahı var, lakin iti xilas etmək üçün kenquruya atəş açmaq yerinə daha primitiv bir yol sınayır: Yumruq Atmaq. Əvvəl kenqurunun boğmağa çalışdığı itin yanına tərəf qaçan adam, kenquru iti buraxdıqdan sonra onunla qarşı-qarşıya gəlir. Eynilə bir boksçu kimi döyüş vəziyyəti alan tərəflərdən tez hərəkət edən adam, kenquruya bir yumruq ataraq onu yayındırır. 
    Normalda kenquruların nə qədər savaşçı bir ruha sahib olan heyvanlar olduğunu bilirik amma bu dəfə biraz sərt qayaya çarpmış olduğunu başa düşən bu kenquru, özünə yumruq atan adam sadəcə boş-boş baxır. Daha sonra da olduğu yerdən meşənin dərinliklərinə doğru qaçmağa başlayır. 
    Gələn xəbərlərə görə isə itin daxili orqanlarında heçbir zərər yoxdur.

    Linki kopyala