main-post-cover

    iTunes istifadəçiləri filmlərə premyerasından əvvəl baxmaq şansı əldə edə bilərlər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple, iTunes üçün yeni xüsusiyyət hazırlıqları görməkdədir. iTunes tez bir zamanda bütün film sevərləri öz ətrafında toplaya bilər.

    Bir çox insan ekranlara çıxacaq filmləri əvvəlcədən izləmək istəyir. Artıq bunun üçün gözləməyə ehtiyac yoxdur. İnsanların bu istəyini nəzərə alan Apple şirkəti film sevərlərə bu şansı yarada bilər. Belə ki, iTunes istifadəçiləri artıq film ekranlara çıxmadan onu izləyə bilərlər.
    Apple öz istifadəçilərinə bu şansı yaratmaq üçün işlər aparır. Apple, iTunes istifadəçilərinin bu istəyini yerinə yetirmək üçün 21st Century Fox, Warner Bros.Universal film istehsalçıları ilə danışıqlar aparmaqdadır.

    Onlar arasında anlaşma baş tutarsa, iTunes istifadəçiləri filmlərin premyerasından əvvəl ona baxmaq şansı əldə edə biləcəklər. Təbii ki, bunun üçün müəyyən edilmiş məbləğ ödənilməlidir və bu məbləğin adi biletdən bir qədər baha olması da istisna olunmur.
    Təbii ki, bu bir çoxlarını sevindirsə də sosial mediada spoiler davalarına da səbəb olacaq. Amma burdan gələn gəliri nəzərə alsaq həm şirkətlər, həm də Apple yetərincə xeyir qazanmış olacaq.
    Bir çox kino zalları film istehsalçılarından 90 gün ərzində bir filmi başqa bir yerə satmamaq şərti tələb edirlər. Əslində burda təəccüblü heç bir tərəf yoxdur. Əgər film istehsalçıları ortaq məxrəcə gələ bilsələr həm Apple-dan, həm də film nümayişi yerlərindən yaxşı gəlir əldə edə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər