Jack Ma: "Növbəti 30 ildə bizi mənfi dəyişiklilər gözləyir". "Alibaba"nın qurucusundan proqnoz
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Alibaba Group” şirkətinin CEO-su Jack Ma, internet texnologiyaları sayəsində iqtisadiyyatda yaranacaq inqilaba hazırlaşmağı məsləhət görüb.
30 ildən sonra insanlıq yeni problem və sınaqlarla
qarşılaşacaq və dünya o dərəcədə dəyişəcək ki, Time jurnalına görə ilin ən
yaxşı sahibkarı robot hesab olunacaq. Çində keçirilmiş tədbirlərdən birində Jack Ma öz çıxışı zamanı qeyd edib ki, dünya, təhsil sistemini dəyişməli, robotlarla əməkdaşlığa hazılaşmalıdır. "Növbəti 30 il ərzində dünyanı sevincdən
çox kədər gözləyir. Yaxın 30 il ərzində olacaq sosial konfliktlər, cəmiyyətin hər
bir sahə və sinfinə təsir edəcək” – deyə Jack Ma bildirib. O həmçinin qeyd edib
ki, elektron kommersiya inkişafı dövründə "Alibaba Group”u yaradan zaman o, rəqəmsal
texnologiyaların təhlükəsini öncədən görmüşdü. Lakin həmin vaxtda ona çox az
adam fikir vermişdi. Qeyd etmək lazımdır ki, "Alibaba Group” həqiqətən də ticarət
bazarını dəyişir. "BCG” adlı konsaltinq şirkətinin statistikalarına görə
2035-ci ilə kimi "Alibaba Group”, Çinin rəqəmsal iqtisadiyyatında 415 milyon iş
yerindən 122 milyonunu yaradacaq (29.4% iş yeri). "Alibaba Group”un təkcə
elektron ticarət platforması artıq 31 milyon iş yerinin yaradılmasına öz töhvəsini
verib.
Jack Ma qeyd edib ki, ənənəvi sahələrin nümayəndələri,
internet və onun iqtisadiyyata olan təsiri barədə şikayət etməməlidirlər. "Alibaba
Group” ilə olan misal onu sübut edir ki, informasiya texnologiyaları yeni iş
yerlərinin yaradılmasına təkan verir. Son illərdə Jack Ma-nın şirkəti həmçinin
bulud texnologiyalarının hazırlanması ilə də məşğul olur. Onun fikrincə bir
çox müəssisələr, bulud və süni zəka texnologiyalarına fikir verməlidirlər. Əgər
rəhbərlər bu texnologiyaların dəyərini anlamırlarsa, onda onlar gənc mütəxəssislərə
müraciət etməlidirlər. Lakin buna baxmayarq 30 ildən sonra iş yerləri artmayacaq
və süni zəka, əmək bazarına öz təsirini göstərəcək. Jack Ma, gec olmadan təhsil islahatlarının keçirilməsini və robotlara lazımi sərhədlərin qoyulmasını, dövlətlərə
məsləhət görür. Onun fikrincə robotlar və süni zəka yalnız insanın görə bilmədiyi
işləri görməlidir. Süni zəkanın əsas xüsusiyyətlərindən biri onun, hansısa şirkəti
idarə etmə bacarığı ola bilər. "Çox güman ki, 30 ildən sonra Time jurnalının üz
qabığında ilin ən yaxşı rəhbəri kimi robotun fotosu əks olunacaq. O sizdən daha
yaxşı yadda saxlamaq qabiliyyətinə sahibdir. O sizdən daha yaxşı hesablaya
bilir və o öz rəqiblərinə hirslənməyəcək” – deyə Jack Ma qeyd edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək