main-post-cover

    "Jack Reacher: Never Go Back" filminin ilk traileri

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Rejissoru Edward Zwick olan yeni filmdə Jack Reacher nə vaxtsa direktoru olduğu 110 nömrəli hərbi təyinatlı polis bölməsinə qayıtmağı qərara alır. Həmçinin o Mayor Susan Turner-i ziyarət etmək üçün ora geri dönür. Çünki məhz mayor Turner ona çətin vəziyyətlərdən çıxmaq üçün köməklik etmişdir. Geri dönən zaman Jack öyrənir ki, mayor Turner casusluq səbəbindən həbsdədir. Jack-ın özünü isə 16 il öncəki cinayətə görə həbs etmək istəyirlər. Bu bir təsadüfdür yoxsa kiminsə gizli planı? Yeni filmdə Jack Reacher bunu öyrənməyə çalışacaq. Filmdə baş rolları Tom Cruise, Cobie Smulders, Robert Knepper, Patrick Heusinbger Aldis Hodge, Holt McCallany və digərləri canlandırıblar. "Jack Reacher: Never Go Back” filmi bu ilin oktyabr ayında böyük ekranlara çıxacaq.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər