Jaguar Land Rover zavodunda 3.5 milyon avro dəyərində oğurluq hadisəsi baş verib

510

Şəxsiyyətləri bilinməyən oğrular İngiltərədə yerləşən Jaguar Land Rover zavodundan oğurluq ediblər.

Belə ki, həmin oğrular zavoddan 3.5 milyon avro dəyərində yeni növ mühərriklər oğurlayıblar. Oğrular axşam saatlarında öncədən oğurlanmış yük maşını ilə zavodun darvazalarına gəliblər. Mühafizə xidməti onları zavod ərazisinə buraxıb. Belə ki, yük maşınının sürücüsü bunun üçün lazımi sənədləri təqdim edib. Yük maşını ilə birlikdə anbara daxil olmuş oğrular, ümumi qiyməti 1.5 milyon funt sterlinq olan mühərriklərin yerləşdiyi konteyneri, yük maşınına birləşdirib zavoddan çıxardıblar. Bu zaman da onlar mühafizə xidmətinə lazımi sənədləri təqdim ediblər. Sonradan təhlükəsizlik kameraları vasitəsilə incələnmiş videolarda məlum olum olub ki, yük maşınının zavoda daxil olub ordan çıxması arasındakı vaxt intervalı cəmi 6 dəqiqə olub.

Görünür oğurluq hadisəsi öncədən çox yaxşı şəkildə planlaşdırılmıdı. Lakin buna baxmayaraq görünür oğurlanmış mühərriklər cinayətkarlara azlıq edib. Belə ki, bir neçə saatdan sonra onlar yenidən həmin yük maşını ilə zavoda qayıdıblar və ümumi dəyəri 1.5 milyon funt sterlinq olan daha bir mühərriklərdən ibarət konteyneri zavoddan çıxardıblar. Ümumilikdə 3.5 milyon avroluq iki konteyner oğurluğu, səhər saatlarında aşkar edilib. Polislər yük maşınını və boş olan iki konteyneri tapıblar. Lakin oğurlanmış mühərriklərin harda yerləşməsi barədə heç  bir məlumat yoxdur. Jaguar Land Rover isə öz növbəsində polisə faydalı ola biləcək hər-hansı məlumat müqabilində mükafat elan edib.