main-post-cover

    Jailbreak olunmuş iPhone satdığı üçün həbs edildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    24 yaşlı Yaponiya sakinini 5 ədəd jailbreak-li iPhone satdığı üçün həbs ediblər.

    Yaponiya sakini Daysuke İkedasatılmış iPhone modellərindən ümumilikdə 1186$ gəlir əldə edib. Polislərin fikrincə bu ilin Mart ayından May ayınadək o daha 200 iPhone modeli satmışdır. "Technote.az”ın "Macdigger.ru”a istinadən verdiyi xəbərə əsasən onlardan əldə edilmiş gəlir isə 49423$ təşkil edir. İkeda-nın hansı model iPhone-ları satması bildirilmir. Qeyd etmək lazımdır ki, sonuncu model iPhone-lar üçün artıq jailbreak hazırdır. Lakin o kütləvi istifadə üçün aktiv deyil. İkeda-ya gəldikdə isə o sındırılmış cihazlara pirat oyunlartətbiqlər yükləyirdi. Məlumat verilir ki, bu cür həbs hadisəsi ölkədə baş vermiş ilk həbsdir. Beləliklə İkeda-nı "Apple”ın ticarət nişanı sahibi hüququnu pozmasında ittiham edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər