main-post-cover

    James Bond obrazını növbəti filmlərdə kim canlandıracaq?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Britaniyalı aktyor Daniel Craig kinematoqrafiya tarixində ən yüksək qonorarlı aktyor adına laiq görülə bilər. Təbii ki, əgər o növbəti James Bond haqqında filmdə rol alsa. Məlumatlara əsasən "James Bond” film seriyasının prodüsserləri Daniel Craig-in sözügedən rola qayıtmasında o qədər maraqlıdırlar ki, hətda növbəti iki filmdə rol alması üçün aktyora 100 milyon dollar təklif ediblər. Anonim mənbələrin verdikləri məlumatlara əsasən aktyor bu cür təklifi rədd edib. Belə ki, Craig daha əvvəl də qeyd etmişdi ki, o bir daha James Bond obrazına qayıtmayacaq. Lakin BBC kanalının öz mənbələrindən aldığı məlumata əsasən bu söhbətə nöqtəni qoya biləcək yekun qərar hələ qəbul edilməyib. Hər iki tərəf isə danışıqlara başlamağa hazırlaşır. Qeyd edək ki, Daniel Craig indiyənə kimi James Bond rolunu canlandırmış aktyorlar sırasında ən yüksək qonorarlı aktyordur. 4 filmdə iştirakına görə o 50 milyon dollar əldə edib. İflasın astanasında olmuş MGM studiyası məhz Daniel Craig-in iştirak etdiyi James Bond filmlərinin sayəsində öz maliyyə vəziyyətini yüksəldib. James Bond haqqında sayca 25-ci filmin nə zaman böyük ekranlara çıxacağı bilinmir. Keçən il işıq üzü görmüş "007: Spectre” filmi isə dünya üzrə 900 milyon dollar gəlir əldə etmişdir. 
    Linki kopyala