main-post-cover

    Jay Z-dən Kickstarter bənzəri layihə: Arrive

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Texnologiya sahəsində etdiyi investisiyalar ilə fərqli bir şəkildə daha da məşhurlaşan Jay Z-nin son cəhdi Arrive-ın qapılarını açır. Arrive nə işə yarayacaq? Bütün detallar xəbərimizdə!

    Jay Z, Arrive-in qapılarını açır. Rep musiqisinin ən çox tanınan adlarından biri olan Jay Z, Roc Nation adlı şirkətindən yayımladığı mətbuat məlumatı ilə Arrive-ın xidmətə başladığını bildirdi.

    Arrive nədir?

    Arrive əslinə baxsanız Kickstarter-a olduqca bənzəyən bir qurumdur. Lakin onu Kickstarter və Indiegogo kimi qurumlardan ayıran ən əhəmiyyətli nöqtə, markalaşma mövzusunda böyük bir dəstək təqdim edəcək olmasıdır. Yəni bir məhsul hazırladığınızda yalnız satışıyla ya da təqdimatı ilə məşğul olmaqla qalmayacaq, məhsulunuzu bir marka halına gətirmək üçün səy sərf edəcək.
    Əlavə olaraq, məsələn idmançılar və ya sənətçilərin də bir marka halına gələ bilməsi üçün çalışacaq. Bənzər digər qurumlara baxdığımızda, istifadəçilər tərəfindən dəstək təmin edilən bütün layihələrin sürətli bir böyüməyə sahib olduğu görülür.
    Bunun üzərinə Roc Nation yeni Arrive-ın da markalaşma mövzusunda verəcəyi dəstəyi əlavə etdikdə, uğurlu olma potensialı yüksək olan layihələrin həyatımızda yer alan bir marka halına çevrilmələri asanlaşacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər