"Juno" kosmik aparatı Yupiter-ə çatıb
Digər
07.05.2017
Farid Pardashunas
2011-ci ilin Avqust ayında kosmosa göndərilmiş "Juno” kosmik
aparatı dünən Yupiter planetinə çatıb. Həmin kosmik aparat vasitəsilə alimlər
Günəş sisteminin ən böyük planetinin atmosferini öyrənəcəklər. Beləliklə onlar
biləcəklər ki, Yupiter necə yaranıb. "Juno” Yupiter-in orbitində olan ikinci kosmik aparatdır. Ondan
daha öncə bu cür missiyanı "Galileo” kosmik aparatı yerinə yetirmişdir. Yeni
kosmik aparat planet haqqında məlumatları bu ilin oktyabr ayında yığmağa
başlayacaq. 2018-ci ildə isə "Juno”-nun missiyası bitəcək və o planetin səthinə
düşəcək. Kosmik aparatın adı qədim roma mifologiyasında olan Yunona tanrısından
götürülmüşdür. Əfsanəyə görə o tanrı Yupiter tərəfindən buludlar ilə örtülmüş səmanı
görə bilmişdir. "Juno”-nun missiyası da buna bənzərdir. Kosmik aparatın
Yupiter-ə çatmağı o dərəcədə vacib hadisədir ki, hətda Google şirkəti bu
münasibətlə öz axtarış sisteminə xüsusi doodle yerləşdirmişdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ