Jurnalist, Instagram-da məşhurluğun sirrini tapdı
Sosial Media
07.05.2017
Farid Pardashunas
Sosial şəbəkələrdə o qədərdə məşhur olmayan Bloomberg Businessweek-in jurnalisti Max Chafkin maraqlı bir təcrübəyə əl atıb.
Belə ki, o, öz Instagram hesabını
məşhurlaşdırmaq üçün marketinq agentliyinə müraciət edib. Jurnalist, ondan necə
Instagram ulduzu etdikləri prosesini danışıb. Sözügedən təcrübədən öncə Chafkinin
Instagram-da 212 izləyicisi var idi. Təcrübənin məqsədi izləyicilərin sayının
artması və reklam müqavilələrinin bağlanması idi. Chafkinin hesabının məşhur
olması ilə məşğul olan agentliyin məlumatına görə 10.000-100.000 izləyicisi
olan Instagram bloggeri reklam postuna görə 250$, 100.000-250.000 izləyicisi
olan blogger 1000$, 500.000 izləyicisi olan blogger isə 5000$-a qədər qazanc əldə
edə bilər. İlk öncə mütəxəssislər Chafkinin tərzini dəyişiblər. Onlar Chafkinin
saçını dəbli hala salıb özünü brend geyimlə təmin ediblər. Bir söznən ona model
obrazı yaradıblar.
Chafkin isə öz növbəsində müxtəlif
tərz geyimlərdə fotolar çəkərək onları Instagram-da paylaşırdı. Bundan əlavə
olaraq o, yemək fotoları və onun həyat tərzi barəsində fikirlər formalaşdıran
fotolar paylaşıb. Daha çox izləyicinin cəlb olunması üçün Chafkinə çoxlu hashtag növlərindən istifadəni və digər insanların fotolarını aktiv şərh etməyi
və bəyənməyi məsləhət görüblər. Hər iki halda o, bu prosesləri asanlaşdıran
xüsusi tətbiqlərdən istifadə edib. Həmçinin marketoloqlar, Chafkinə gün ərzində
3 post paylaşmasını söyləmişdilər. Jurlanist qeyd edib ki, o çox zaman qorxurdu
ki, agentliyin professional fotoqrafların çəkdikləri fotolar kimi keyfiyyətli
iş yarada bilməyəcək. Marketoloqların bir aylıq səyləri nəticəsində Chafkinin
izləyici kütləsi 7 dəfə artmışdır. Hal-hazırda onun hesabında 2000-dən çox izləyici
vardır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək